Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Bakıda taksi sürücüsündən qadın müştəriyə qarşı əxlaqsızlıq – VİDEO

Bakıda taksi sürücüsündən qadın müştəriyə qarşı əxlaqsızlıq – VİDEO

Sürücü şirkətdən taksi sifariş edən qadın sərnişinə sonradan zəng edərək onunla tanış olmaq istəyib.

Sürücü xanımın “WhatsApp” nömrəsinə yazaraq ondan xoşu gəldiyini və tanış olmaq istədiyini bildirib.

Ancaq xanım buna etirazını bildirərək onu narahat etməməsini deyib. Hadisə Bakıda olub. Taksi şirkətlərinin birində işləyən sürücü müştərini ünvana apardıqdan sonra mesaj yazmağa başlayıb. Sonradan xanım müştəri sürücü ilə olan yazışmanı sosial şəbəkələrdə paylaşaraq qadın istifadəçiləri belə məsələlərdə diqqətli olmağa çağırıb

Şəhərdə xanımlar arasında aparılan sorğu zamanı belə halla qarşılaşanların olduğunu gördük.

Hüquqşünas Xəyal Bəşirov deyir ki, əgər sürücü mütəmadi olaraq vətəndaşı narahat edərsə, o zaman həmin sürücü inzibati qaydada cəzalandırıla bilər.

Belə halla qarşılaşan qadın müştərilər polisə müraciət edə bilər.

“Xəzərxəbər”in hazırladığı süjeti təqdim olunur:

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın