Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Bakıda şortik festivalı: Məşhurlar da qoşuldu – Foto 

Bakıda şortik festivalı: Məşhurlar da qoşuldu – Foto 

Bakıda ilk dəfə şortikə həsr olunmuş festival baş tutacaq.

 

Axar.az xəbər verir ki, “Fleşmob Azərbaycan” qurumu gəncləri bir araya toplayaraq şortik festivalı keçirəcək. Feysbuk sosial şəbəkəsində yaradılan eventə yüzlərlə gənc qatılıb. Sözügedən tədbirin səhifəsində gənclər şortikdə öz fotolarını “kislota parti” haştaqı ilə paylaşaraq Hafiz Hacıyevin ünvanına müxtəlif sözlər yazırlar.

 

Aksiyaya məşhurlardan Faiq Ağayev, aparıcı Ülvira, Qərib Azər və digərləri də qoşulub.

 

Xalq artisti Faiq Ağayev şortikdə foto paylaşaraq bu sözləri yazıb: “Yetər ki, dürüst adam olasan! MüHAFİZəkar olma!”

 

Qərib Azər küçədə dayanan bir neçə gəncin şəklini paylaşaraq belə yazıb: “İndi mən bu qədər kislota hardan tapım gecənin bu vaxtı?”

 

Aparıcı Ülvira isə tədbirin səhifəsinə bu sözləri qeyd edib: “O Hafiz Hacıyevdir, kimdir, dəqiq bilmirəm, amma o, bu partiyə təkan verdi. Bakı gəncləri əjdahadır”.

 

Xatırladaq ki, Bakıda, Novxanı çimərliyindəki məşhur restoranlara şortiklə giriş qadağasına reaksiya verən Hafiz Hacıyev şortik geyən kişiləri tənqid etmiş,  belələrinin fitə basılmalı olduğunu bildirmişdi: “Ay əxlaqsız, ay şərəfsiz sən bədənini kimə göstərirsən? Abır-həyası, əxlaqı olan adam şortik geyinməz. Şortik geyinən kişilər fitə basılmalı, lağa qoyulmalı, qıçasına “kislota” tökülməlidir ki, o, tövbə edib bir daha şortik geyinməsin”.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın