Cümə axşamı , May 28 2020
Ana səhifə / Şou Biznes / Bakıda şirkət əməkdaşları ilə sakinlər arasında dava olub

Bakıda şirkət əməkdaşları ilə sakinlər arasında dava olub

Baklda şirkət əməkdaşları ilə sakinlər arasında dava olub. Musavat.com xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

Yeni Yasamal-2 yaşayış massivindəki 7 saylı binaya əhaliyə su filtrləri satan şirkətin əməkdaşları gəliblər. Binanın bir neçə sərxoş sakini ilə şirkət əməkdaşları arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Sakinlər şirkətə məxsus “Ford” markalı mikroavtobusa ziyan vurublar, daşla şüşələrini sındırıblar.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları cəlb olunub. Davada iştirak edənlərin bir neçəsi qaça bilsə də, saxlanılanlar da var. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Bıçağı əlinə alıb, üstümə düşdü” – Ulvira estetik əməliyyatından danışdı

Şou-biznesdə plastik əməliyyat masasına uzanan məşhurların sayı günbəgün artır. Onların plasik əməliyyat keçirməsi haqqında mediada, …

Bir cavab yazın