Xəbər verdiyimiz kimi, ötən ay prezident İlham Əliyev Bakının Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub.
“Nərəkənd” kompleksində hələlik balıq bazarı fəaliyyətə başlamasa da, sakinlər isti yay günlərində istirahətlərini burada keçirirlər.
Qeyd edək ki, “Nərəkənd”də balıq yetişdirilməsi üzrə qapalı və açıq tipli fermalar inşa olunacaq, balıq və balıq məhsullarının satışı üzrə bazar fəaliyyət göstərəcək.
Bundan başqa, kompleksdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçi” İdman Klubunun yaradılması və yelkənli qayıqlarla üzmənin təşkil olunması nəzərdə tutulub.
Burada park salınıb, əhalinin istirahəti üçün yüksək şərait yaradılıb. Parkda oyun və idman meydançaları, uşaq guşəsi, sinema-kafe və digər istirahət obyektləri də var.virtualaz.org