Ana səhifə / Şou Biznes / Bakıda şagirdlərə telefon qadağası qoyuldu

Bakıda şagirdlərə telefon qadağası qoyuldu

Sumqayıt şəhərində müəllimin şagirdi döyməsindən sonra orta məktəblərdə şagirdlərin mobil telefon işlətməsinə qadağa qoyulub.

AzVision.az-ın əldə etdiyi məlumata görə, məlum hadisədən sonra paytaxt məktəblərində rəhbərlik tərəfindən valideynlərə şagirdlərin məktəbə mobil telefonla gəlməməsi haqda xəbərdarlıq edilib.

Bildirilib ki, dərs zamanı telefon işlədən şagirdlər sərt şəkildə cəzalandırılacaq.

Təhsil Nazirliyində isə bildirilib ki, tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi tövsiyə olunmur.

Qeyd edək ki, bir neçə gün öncə Sumqayıt şəhər 22 saylı tam orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar məktəbin tarix müəllimi İdris Hüseynov işdən çıxarılıb.

Bildirilib ki, İdris Hüseynov “Təhsil haqqında” Azərbaycan Respublikası qanununun və “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edib, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib.

Xatırladaq ki, İdris Hüseynovun şagirdi döyməsini əks etdirən video şagirdlər tərəfindən telefona çəkilərək internetə yerləşdirilib. Bu hadisə günlərdir sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın