Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Bakıda sağ ola-ola qəbir almaq qadağan olunub

Bakıda sağ ola-ola qəbir almaq qadağan olunub

Bakı şəhərində yerləşən qəbristanlıqlarda sağ ikən qəbir yeri almaq qadağan olunub.

“Qafqazinfo” xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Bakı şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Tryestinin baş mühəndisi Sabir Həsənov deyib.

“Bundan öncə insanlar sağ ikən özlərinə qəbir yeri ala bilirdilər. Amma hazırda bu qadağan olunub. Kimsə öz yaxınlarının məzarı yanında boş yeri saxlamaq istəyirsə, onların xahişi nəzərə alınır. Amma sağ ola-ola qəbir almaq istəyənlərin müraciətlərinə baxılmır”-deyə S.Həsənov vurğulayıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın