Çərşənbə , İyul 17 2019
Ana səhifə / Şou Biznes / Bakıda sərnişin avtobus sürücüsünü döydü

Bakıda sərnişin avtobus sürücüsünü döydü

Bakıda sərnişin avtobusunda insident yaşanıb.

BAKU.WS-in məlumatına görə, insident “BakuBus” avtobusunda qeydə alınıb. Bu barədə redaksiyaya eksklüziv olaraq videogörüntü daxil olub.

Videodan görünür ki, orta yaşlı bir kişi avtobusa minir. Sərnişin “BakıKartı” olmadığını bildirir. Sürücü kartsız getməyin qadağan olduğunu söyləyir. Kişi isə sürücüyə əvvəlcə nağd pul vermək istəyir. Sürücü pulu almır və kart tələb edir. Nəticədə kişi sürücünü təhqir edir. Daha sonra sürücünü vurur.

Digər sərnişinlər onu sakitləşdirməyə çalışsalar da, həmin şəxs onlara da əl-qol atır. Sürücü onu avtobusdan düşürə bilmir. Kişi avtobusda pulsuz gedir. Pulsuz getməsinə baxmayaraq, sərnişin sürücünü dübarə təhqir edir və avtobusa tüpürür.

Hadisə sentyabrın 16-da baş verib.

“BakuBus” şirkəti və sürücü avtobusda dələduzluq edən həmin şəxs barədə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ediblər. Hazırda həmin şəxsin tapılması istiqamətində araşdırma aparılır.

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın