Şənbə , İyul 20 2019
Ana səhifə / Şou Biznes / Bakıda Rusiya Günü qeyd edilib

Bakıda Rusiya Günü qeyd edilib

Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya günü münasibəti ilə rəsmi qəbul keçirib.

APA-nın məlumatına görə, qəbulda diplomatik korpusun nümayəndələri, dövlət və ictimai xadimlər, rus icmasının nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib ki, ölkəmizdəki 8 illik diplomatik xidməti müddətində Azərbaycanın Rusiyanın uğurlarına sevindiyinin, uğursuzluqlarına kədərləndiyinin şahidi olub. Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin özəlliyi ondadır ki, rəsmi sərhədlərin mövcud olmasına rəğmən insanlar rahat ünsiyyət qura, səfərlər edə bilir.

“Rusiya-Azərbaycan münasibətləri milyonlarla insanı əhatə edir. Bizim münasibətlər qarşılıqlı maraqlara, dövlət suverenliyinə hörmətə, mümkün sahələrdə əməkdaşlığa əsaslanır”, deyə səfir qeyd edib.

Ölkə rəhbərliyinin təbriklərini tədbir iştirakçılarına çatdıran Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev iki ölkənin yeni şəraitdə yaşamasına baxmayaraq, son 25 il ərzində qarşılıqlı əlaqələrin itirilmədiyini söyləyib: “Biz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın ATƏT-nın Minsk qrupunun həmsədri kimi göstərdiyi səyləri dəstəkləyirik. Azərbaycan-Rusiya münasibətləri xüsusilə mədəni sahədə çox dəyərlidir”. İldən ilə Azərbaycanda istirahət edən rusiyalı turistlərin sayının artdığını deyən Ə.Qarayev, bu ilin ilk beş ayında 200 min rusiyalı turistin Azərbaycanı seçdiyini vurğulayıb.

Sonra Rus pravoslav kilsəsinin Bakı və Azərbaycan arxiyepiskopu Vladıka Aleksandr dostluq ordeni ilə təltif edilib. Bakı və Azərbaycan arxiyepiskopu adını daşımaqdan qürur hissi duyduğunu deyən Aleksandr atanın sözlərinə görə, o, iki xalq arasında qarşılıqlı münasibətlərin daha da dərinləşməsi yolunda səylərini bundan sonra da əsirgəməyəcək.

Həmçinin oxuyun

Əməkdar artist toyda aş gətirmək üçün 10 min dollar tələb edib

Ötən gün Azad Azərbaycan Telelviziyasında (ATV) yeni şou veriliş başlayıb. “Üçümüz” adlanan verilişin ilk qonağı …

Bir cavab yazın