Ana səhifə / Şou Biznes / Bakıda restoranda müştəridən “zaryadka” pulunu da aldılar – FOTOFAKT

Bakıda restoranda müştəridən “zaryadka” pulunu da aldılar – FOTOFAKT

Bakının mərkəzində yerləşən “Confetti” restoranında biabırçı olay yaşanıb.

Restorana gələn müştərilərdən biri ofisiantdan telefonunun enerjisinin doldurulmasını xahiş edib. Sonda isə hesab gələrkən müştəri təəccüblənib. Belə ki, hesabda “zaryadka – 1 manat” sözü yazılıb.

Maraqlıdır ki, 90 manata yaxın hesab çıxan məkan müştəridən 1 manatı da alıb.

Həmin fotonu sosial şəbəkədə paylaşan xanım şokda olduğunu deyib və bu statusu onlarla insan paylaşıb, restoranı tənqid edib.

Onu da qeyd edək ki, hesabın türk dilində yazılması da birmənalı qarşılanmayıb.(Azxeber.com)

Bakıda restoranda müştəridən “zaryadka” pulunu da aldılar

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın