Bunu Xətai rayonunda (“Nargilə” kafesinin yanı) təşkil olunan yarmarkanın işi ilə yerində tanış olan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

“Yarmarkaya 3 000-ə yaxın xırdabuynuzlu erkək heyvanlar gətirilib. Heyvanların hamısı müayinədən keçirilib, sağlam, əmtəəlik heyvanlardırlar”, – İ.Quliyev deyib.

Qeyd edək ki, heyvanların qiyməti 95 manat təşkil edir. Bakıda qurbanlıq heyvanların satışı Nərimanov rayonu (Əliyar Əliyev küçəsi,26; Keşlə bazarının yanı), Xətai rayonu (“Nargilə” kafesinin yanı), Səbail rayonu (Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi,8; parkın yanı) və Yasamal rayonunda (Şərifzadə küçəsi,196; “İdeal” şadlıq sarayının həyəti) təşkil olunub.(Report)