Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Bakıda qeyri-adi konsert olacaq – FOTOLAR

Bakıda qeyri-adi konsert olacaq – FOTOLAR

İyunun 30-da Bakıda qədim musiqilərdən ibarət konsert təşkil olunacaq.

Təşkilatçıların musavat.com-a verdiyi məlumata görə, konsertdə Yogaddin (Vocal, Qarabağ kamanı), Həsən (Drums & Percussions), Elvin İsmayıllı (Tar, Varqan), Ülviyyə (Back vocal), Fidan (Piano) çıxış edəcəklər.

Konsert tamaşaçıları daxili dünyalarının dərinliyinə aparacaq, onların zövqünü oxşayacaq. Sanskrit və Azərbaycan dilində bəstələnmiş kompozisiyalar yaradanı və ilahi qüvvəni tərənnüm edir.

Konsert zamanı tamaşaçılar gözünü yumub rahat və sakit vəziyyətə qərq olacaqlar. Musiqiçi Yogaddin öz dostları ilə insanlara hüzur dolu bir aləmə səyahət etdirəcəklər.

Konsert saat 17:00-da “ETUD Cafe&Bar”da təşkil olunacaq.

Musavat.com

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …