Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Bakıda qanunsuz məscid tapıldı- Aşıq Rza

Bakıda qanunsuz məscid tapıldı- Aşıq Rza

Bir neçə gün öncə Bakıda hüquq-mühafizə orqanları qanunsuz fəaliyyət göstərən məscid aşkar ediblər.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində məscidin Qobustan qəsəbəsi 2-ci massivdə yerləşdiyi məlum olub.

Qəsəbə sakini 1990-cı il təvəllüdlü Asif Nərimanov tərəfindən Aşıq Rza adına məscidin qanunsuz fəaliyyət göstərməsi və A.Nərimanovun axundluq etməsi müəyyən olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Qalib Rəhimov “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın