Ana səhifə / Şou Biznes / Bakıda onlarla şəxs xəstəxanalıq oldu – Günvurmadan

Bakıda onlarla şəxs xəstəxanalıq oldu – Günvurmadan

İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 93 müraciət olub.

Stansiyanın baş həkiminin operativ və hospital işləri üzrə müavini Murad Mirzəzadə APA-ya bildirib ki, günvurma ilə bağlı müraciət edənlərdən 41-i xəstəxanaya yerləşdirilib. Baş həkimin müavini qeyd edib ki, onlara ambulator yardım edildikdən sonra evə buraxılıb: “Günvurma ilə bağlı müraciətlərin 17-si uşaqlarla bağlı olub. Lakin günvurma nəticəsində ciddi bir hal və ya ölüm qeydə alınmayıb”.

M.Mirzəzadə vurğulayıb ki, ötən illə müqayisədə bu il belə hadisələrin sayında hər hansı bir artım qeydə alınmayıb. Onun sözlərinə görə, ötən ilin statistik göstəricilərinə nəzər saldıqda günvurma ilə bağlı müraciət edənlərin sayı eynidir və ciddi fərq yoxdur.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın