Bazar , Avqust 18 2019
Ana səhifə / Şou Biznes / Bakıda notarius özbaşınalığı… – ŞİKAYƏT VAR

Bakıda notarius özbaşınalığı… – ŞİKAYƏT VAR

“Asan xidmət”in yaradılması ilə Azərbaycanda yaşayan vətəndaşlar əmin idilər ki, bu qurumun fəaliyyəti ölkədə korrupsiya səviyyəsini azaldacaq. Lakin bu heç cürə baş vermədi. Ona görə ki, bir çox məmurlar “qədim adətlərindən” vaz geçməyərək, əvvəlki kimi həmvətənlərinin hesabına varlanmağa davam edirdilər. Bu günlərdə Kavkaznews.az saytına Bakı şəhər sakini Lalə Dadaşova müraciət edib. Lalə Dadaşovanın sözlərinə görə o, 1996-ci ildə Araz Dadaşov ilə nikaha daxil olub.

“Bu nikahdan dörd övladımız dünyaya gəlib. 1998-ci ildə biz Tağıyev küçəsi,ev 5 ünvanında ikimərtəbəli ev aldıq. Sonradan ev mənim adıma rəsmiləşdirildi” –deyə o, Kavkaznews.az-a bildirib. Lalə Dadaşovanın sözlərinə görə, bu yaxınlarda onun həyat yoldaşı, ondan bağışlama müqaviləsi istəyib. “Bu il avqustun 3-də Araz məni evin və ona bitişik ərazinin satışı ilə bağlı ona baş etibarnamə verməyə razı saldı.Heç nədən şübhələnmədən, mən onun xahişini yerinə yetirməyə razılıq verdim. Bundan sonra o məni uşaqlarla birlikdə evdən qovdu”, – deyə Lalə Dadaşova Kavkaznews.az-a məlumat verib.

Baş etibarnamənin evin satışı üçün lazım olduğunu anladıqda, Lalə Dadaşova avqustun 10-da “Asan Xidmət”in 5-ci şöbəsində bu müqaviləni ləğv edib. “Qorxduğum başıma gəldi. Avqustun 11-də yoldaşım Araz Dadaşov evin alqı-satqısını həyata keçirdi.Sövdələşmə 7 saylı notariat kontorunun notariusu Nadir Mədətov tərəfindən keçirilib”,-Lalə Dadaşova bildirib. Alqı-satqı həyata keçirildikdən sonra Araz Dadaşov boşanma iddiası qaldırıb.

“2016-ci ilin oktyabr ayında Xəzər rayon məhkəməsinin qərarı ilə biz boşandıq” –deyə o, Kavkaznews.az-a bildirib. Araz Dadaşovun Lalə Dadaşova ilə birgə yaşayış zamanı aldığı evi satmaq hüququ varmı? “Əgər mülkiyyət nikah zamanı alınıbsa, onun satışı zamanı mütləq Lalə Dadaşovanın razılığı əldə olunmalı idi”, – deyə vəkil Elçin Sadıqov Kavkaznews.az-a bildirib. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfovun bizə bildirdiyi kimi, nikah dövründə əldə edilmiş mülkiyyətin satışı zamanı hər iki tərəfin razılığı olmalıdır.

“Tərəflərdən birinin razılığı olmadan bağlanan alqı-satqı müqaviləsi ləğv olunmalıdır. Bu müqaviləni bağlayan notarius isə məsuliyyətə cəlb olunmalıdır”,-deyə Vəkillər Kollegiyasının sədr müavini bildirib. Doğrudanmı Lalə Dadaşova həyat yoldaşına verdiyi baş etibarnaməni “Asan Xidmət”də ləğv edib?

Biz bu sualı “Asan Xidmət”in 5-ci şöbəsinin əməkdaşlarına vermək qərarına gəldik. sualı “Asan Xidmət”in 5-ci şöbəsinin əməkdaşı İlqar Sultanov Lalə Dadaşovanın sözlərinin doğruluğunu təsdiqləyib. İlqar Sultanovun bildirdiyi kimi, Baş etibarnamənin ləğv edilməsi haqqında məlumat elektron məlumat bazasına daxil olur. “Bu bazada Araz Dadaşovun bağladığı bütün müqavilələr öz əksini tapır”,- deyə İlqar Sultanov Kavkaznews.az-a məlumat verib.

Məşhur vəkil Əsabəli Mustafayevin bizə bildirdiyinə görə, alqı-satqı müqaviləsi bağlandığı zaman, notarius mütləq bağlanmış müqavilələr haqqında elektron məlumat bazasını yoxlamalı idi. “Bu baza elə müqavilələrin bağlanması zamanı təqdim olunan sənədlərin qanuniliyini yoxlamaq üçün yaradılıb”, – deyə Əsabəli Mustafayev Kavkaznews.az-a bildirib. Tağıyev küçəsi ev 5 ünvanında yerləşən evin alqı-satqısı barədə müqaviləni bağlayan 7 saylı notariat kontorunun notariusu Nadir Mədətov alqı-satqı zamanı təqdim olunan sənədlərin qanuniliyini yoxlayıbmı? Sualımıza cavab almaq üçün biz Nadir Mədətovun özünə müraciət etdik.

“Araz Dadaşovun evi satmaq üçün baş etibarnaməsi var idi”,- deyə notarius bizə bildirdi. “Siz bu etibarnamənin qüvvədə olub-olmadığını yoxlamışdınız?”,-jurnalistimiz soruşdu. Təəssüf ki Nadir Mədətov sualımıza cavab vermədi və dəstəyi asdı.

Həmçinin oxuyun

“Kimin belə medalı var?” – Elnarə Xəlilova

Xəbər verdiyimiz kimi dünən müğənni Elnarə Xəlilova Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibəti ilə general-polkovnik …

Bir cavab yazın