Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Bakıda müəllimə şagirdi təhqir etdi – “SƏNDƏN İYRƏNİRƏM”

Bakıda müəllimə şagirdi təhqir etdi – “SƏNDƏN İYRƏNİRƏM”

Bakıda 123 saylı orta ümumtəhsil məktəbin müəlliməsi 3-cü sinif şagirdini təhqir edib. Müəllimə şagirdə “səndən iyrənirəm” deyib.

Bu barədə tanınmış jurnalist Aytən Səfərova öz feysbuk profilində yazıb. Jurnalist aidiyyati qurumlardan məsələ ilə bağlı müvafiq tədbir görməyi xahiş edib. Jurnalistin statusunu olduğu kimi təqdim edirik:

“Bakıda 123 saylı məktəbdə Kəmalə adlı “müəllimə” 3-cü sinif şagirdi Kənan adlı uşağa “mən səndən iyrənirəm” deyib. Özü də dəfələrlə. Kəmalə “xanım”, uşaqları məktəbdən iyrəndirən sizi, yox.. SƏNİ kimi “müəllim” adına ləkə gətirənlərdi. AYIB OLSUN! İmkansız, kasıb ailə uşagına, köynəyinin rənginə görə “iyrənirəm” söyləyirsən!!! Aidiyyati qurumlardan xahşə edirik muvafiq tədbir görsünlər və o “müellim”ə başa salsınlar ki, AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA GÖRƏ, PULSUZ TƏHSİL ALMAQ HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞININ (BALASININ) HAQQIDIR. İSTƏR KASIB, KÖYNƏYİ SOLUQ RƏNGLI, İSTƏRSƏ DƏ İMKANLI, İPƏK PARÇADAN… (o balacanın yaxın qohumunun xahişi ilə bu məsələni ictimailəşdirmək qərarına gəldim)…”

Moderator.az olaraq biz də jurnalistin səsinə səs verərək məsələni aidiyyati qurumların diqqətinə çatdırma üçün saytımızda yayımlamağı məsləhət bildik. Məsələni davam etdirəcəyik və Təhsil Nazirliyindən məsələyə münasibət öyrənməyə çalışacağıq. Çünki heç bir müəllimə heç kim şagirdi təhqir etmək haqqı verməyib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın