Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Bakıda kreditlə aldığı fotoaparatın pulunu verə bilməyən fotoqraf intihara cəhd edib

Bakıda kreditlə aldığı fotoaparatın pulunu verə bilməyən fotoqraf intihara cəhd edib

Bakıda intihara cəhd olub.

Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 27 yaşlı Müslümov Natiq Tahir oğlu yaşadığı evin həyətində özünü asıb. Valideynləri tərəfindən dərhal xilas edilən N.Müslümov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti normal qiymətləndirilir.

Məlumata görə, N.Müslümov şadlıq evlərindən birində fotoqraf kimi çalışır. Bir müddət əvvəl o, kreditə bahalı fotoaparat götürüb. Lakin krediti ödəyə bilmədiyi üçün özünə qəsdə əl atıb. Faktla bağlı araşdırma aparılır. (APA)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın