Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirildi – FOTO

Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirildi – FOTO

Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

Tədbirdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox klassik avtomobil iştirak edib. Bunlar yürüş üçün qeydiyyatdan keçən avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzində nümayiş edilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri olub.

Yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Klassik avtomobillər Heydər Əliyev Mərkəzi – Koroğlu Rəhimov küçəsi – Fətəli xan Xoyski küçəsi – Vaqif prospekti – Səməd Vurğun küçəsi – Ənvər Qasımzadə küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – İnşaatçılar prospekti – Akademik Lev Landau küçəsi – Hüseyn Cavid prospekti – Parlament prospekti – Mehdi Hüseyn küçəsi – Teymur Elçin küçəsi – Mixail Lermontov küçəsi – Niyazi küçəsi – Azneft meydanı – Neftçilər prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti – Heydər Əliyev Mərkəzi marşrutu üzrə yürüş edib və sonda Mərkəzin parkında sərgilənib.

Yürüşdə Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, təhsil naziri Mikayıl Cabbarov, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunub.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın