Bazar ertəsi , May 20 2019
Ana səhifə / Şou Biznes / Bakıda kafedə qətl törədən şəxs İrana qaçdı

Bakıda kafedə qətl törədən şəxs İrana qaçdı

Azərbaycan paytaxtında qətl törədən şəxsin ölkədən qaçdığı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, sentyabrın 18-də Bakı şəhərində yerləşən “Lion” kafesində baş vermiş qətl hadisəsinin əsas iştirakçısı Elməddin Ağayevin İranda gizləndiyi müəyyənləşib. Onun qaçaq yolla İran ərazisinə keçdiyi ehtimal olunur.

Hazırda E. Ağayevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl həmin hadisənin digər iştirakçıları da ölkədən qaçmaq istəyərkən həbs ediliblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən sayta verilən məlumata görə, sentyabrın 20-də Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini İran İslam Respublikası istiqamətində pozmağa cəhd göstərən iki və onlara vasitəçilik edən bir Azərbaycan vətəndaşı saxlanılıb.

Müəyyən olunub ki, Əliyev Rövşən Natiq oğlu sentyabrın 18-də Bakı şəhərində yerləşən “Lion” kafesində baş vermiş qətl hadisəsində şübhəli bilinən və cinayət yerindən qaçan, əvvəllər məhkum olunmuş Ağayev Niyaməddin Xanhüseyn oğlu və Hətəmov Nurəddin Nurməmməd oğlunu dövlət sərhədindən qanunsuz keçirmək məqsədi ilə idarə etdiyi avtomaşınla Biləsuvar rayonunun sərhədyanı ərazisinə apararaq köməklik edib.

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində Hətəmov Nurəddin Nurməmməd oğlu, Ağayev Niyaməddin Xanhüseyn oğlu və Əliyev Rövşən Natiq oğlu sərhədyanı ərazidə saxlanılıblar.

Xatırladaq ki, Ağayev Elməddin Xanhüseyn oğlu və onun qardaşı Ağayev Niyaməddinin 1965-ci il təvəllüdlü Qarayev Ələddin Malış oğlu ilə mübahisələri yaranıb. Mübahisə zamanı Elməddin Ağayev bıçaqla E.Qarayevə xəsarət yetirib və o, hadisə yerində ölüb.

Elməddin Ağayev “Lion” kafesinin sahibinin mühafizəçisidir. Qətlə yetirilən Ə. Qarayev isə adıçəkilən kafenin yaxınlığında yaşayırmış. E. Ağayev hadisə yerindən “Lion” kafesinin sahibinə məxsus BMW X5 markalı avtomobillə qaçıb.

Həmçinin oxuyun

Natavanla bağlı təklifə “yox” cavabı – Video

Aparıcı Zaur Kamal Əməkdar artist Röya Ayxana küsülü olduğu müğənni Natavan Həbibi ilə bağlı sual …

Bir cavab yazın