Ana səhifə / Şou Biznes / Bakıda izdihamlı yürüş: – “Ən böyük əsgər bizim əsgər”

Bakıda izdihamlı yürüş: – “Ən böyük əsgər bizim əsgər”

Ölkəmizdə fəaliyyət göstərən futbol klublarının fanatları son günlər cəbhə bölgəsində baş verənlərlə bağlı bu gün saat 14:00-da ordumuza dəstək yürüşünə başlayıblar.

Publika.az xəbər verir ki, minlərlə gənc “Elmlər Akademiyası” metrostansiyasının qarşısından Şəhidlər Xiyabanına yürüş edib.

Yürüş torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canını fəda etmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Yürüşə ayrı-ayrı ali məktəblərin tələbələri, vətəndaşlar da dəstək verib. 10 mindən çox gəncin iştirak etdiyi izdihamlı yürüşdə “İgidlər ölməz, Vətən bölünməz”, “Ən böyük əsgər bizim əsgər” şüarları səsləndirilib. Aksiya hazırda davam edir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın