Ana səhifə / Şou Biznes / Bakıda iyrənc pul qazanma üsulu – özünü maşının altına atdı [Video]

Bakıda iyrənc pul qazanma üsulu – özünü maşının altına atdı [Video]

Hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının ədliyyə müşaviri Xanlar Ələkbərova qarşı təxribat törədilib.

Azinforum.az xəbər verir ki, bu barədə o, özünün facebook hesabında video paylaşıb və qeyd yazıb. X.Ələkbərov Binəqədi rayonunda öz evindən çıxıb gedərkən döngədə qarşısına bir nəfər çıxıb. Həmin şəxs özünü maşına çırparaq qışqırmağa başlayıb.

X.Ələkbərovun sözlərinə görə, hadisədən dərhal sonra Binəqədi bələdiyyəsinin və rayon polis idarəsinin əməkdaşları gəlib və ona adam vurduğu sübut etməyə çalışıblar: “Mənə bilərəkdən adam vurduğumu, ona xəsarət yetirdiyimi dedilər. Baş verən qayda pozuntusu ilə əlaqədar məndən açıqlama istədilər. Amma onlar avtomobilimdə quraşdırılmış videoqeydiyyatçını nəzərə almamışdılar. Bu, son ildə bu mənə qarşı yalançı ittiham irəli sürmək üçün artıq neçənci cəhddir”.

Xanlar Ələkbərov hadisə ilə əlaqədar Azərbaycandakı RF səfirliyinə və Baş Prokurorluğa müraciət edib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın