Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Bakıda irimiqyaslı beynəlxalq tədbir olacaq

Bakıda irimiqyaslı beynəlxalq tədbir olacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən BMT Avropa İqtisadi Komissiyası (AİK) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində “BMT-nin AİK regionu üzrə daşınmaz əmlak, torpaq idarəçiliyində sahəvi reyestrləri rolu” mövzusunda 2 gün davam edən beynəlxalq tədbir keçiriləcəkdir. Tədbir 29 oktyabr 2015-ci il tarixlərində Bakı şəhərində, “Four Seasons” otelində saat 09:00-da başlayacaqdır.

Əmlak Məsələləri Dövlət Komitəsinin ev sahibliyi etdiyi bu beynəlxalq tədbir nəinki ölkəmiz üçün, habelə beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir. Belə ki, komitənin BMT Avropa İqtisadi Komissiyası və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə təşkil etdiyi bu tədbir BMT AİK-ə üzv olan dünyanın 56 dövlətinin, o cümlədən Avstriya, Hollandiya, Azərbaycan, Danimarka, Yunanıstan, Gürcüstan, Böyük Britaniya, Qırğızıstan, İrlandiya, İtaliya və Finlandiyanın nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.

Tədbir BMT Avropa İqtisadi Komissiyası regionu ölkələrində sahəvi reyestrlərin yaradılması və aparılması, bu reyestrlərin təkmilləşdirilməsinə yönələn informasiya texnologiyalarından istifadə, habelə daşınmaz əmlak, o cumlədən torpaq idarəçiliyinin subyektləri arasında məlumat mübadiləsi məsələlərini müzakirə etmək üçün təşkil edilir. Tədbirdə BMT AİK-ə üzv olan 56 dövlətin aidiyyəti dövlət nümayəndələri, elm-təhsil müəssisələri, beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələrinin iştirakı nəzərdə tutulur. Bununla yanaşı, Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı çərçivəsində çıxışlar və təqdimatlar olacaq, müzakirələr keçiriləcək, müxtəlif ölkələrin bu sahədə əldə etdiyi təcrübələrin qarşılıqlı mübadiləsi aparılacaq.

Tədbirdə iştirak etmək istəyən Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin 29 oktyabr 2015-ci il tarixində saat 09:00-da “Four Seasons” Otelinin “Segah” zalında olmaları xahiş olunur.

Əlaqə telefonu: (012) 490 24 08 (daxili 111 və 157), (050) 235 30 33

Aşağıdakı linkdə beynəlxalq tədbirlə ətraflı tanış ola bilərsiniz:

http://www.emdk.gov.az/index.php/az/wpla-workshop

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın