Kafenin girişi binanın blokundan olduğu üçün, bu da binada yaşayan sakinləri narahat edir. Sakinlər deyir ki, axşamlar səs-küydən, nalayıq sözlərin ucbatından evdə oturmaq olmur.

Bəlkə də gözlərinizə inanmayacaqsınız, binanın blokundakı bu qapı hər hansı bir mənzilin yox, kafenin girişidir… Yəni gəcayarısınadək işləyən kafeyə giriş blokdandır

Görüntülər paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, bina-7 ünvanındandır. 9 mərtəbəli binanın birinci mərtəbəsində kafe yerləşir. Kafenin girişi də binanın blokundan, bu da azmış kimi birinci mərtəbədəki qapıların birindəndir.

Sakinlərin sözlərinə görə, kafenin girişi əvvəl başqa yerdən olub. Lakin həmin ərazidə metro stansiyası tikintisinə görə bir müddət əvvəl girişi binanın blokundan ediblər. Sakinlər bildirirlər ki, kafe gecə-gündüz fəaliyyət göstərir. Səs-küy də binada yaşayanların narahatlığına səbəb olur.

Sakinlər deyir ki, hətta bir neçə dəfə kafedə dava da düşüb. Sərxoş inanların söyüş və nalayiq sözləri bütün bloku bürüyür. Bu səbəbdən də axşam saatlarında qapıdan çıxmağa qorxurlar.

Məsələ ilə bağlı kafe sahibinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin çəkiliş aparıldığını görüb qapını qıfılladı. Qapını nə qədər döysək də, açan olmadı.