Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Şou Biznes / Bakıda “Gül bayramı”na hazırlıq işləri başlayıb

Bakıda “Gül bayramı”na hazırlıq işləri başlayıb

Bakıda növbəti “Gül bayramı”na hazırlıq işləri başlayıb.

Virtualaz.org xəbər verir ki, hər il mayın 10-da keçirilən bayram tədbirinə hazırlıq məqsədilə Mərkəzi Bankın qarşısında yerləşən Heydər Əliyev parkına giriş bağlanıb. Parkda güllərdən müxtəlif kompozisiyaların hazırlanması üçün lazım olan konstruksiyalar quraşdırılır.

Heydər Əliyevin parkda yerləşən heykəlinin ətrafına xüsusi qurğular quraşdırılıb və heykəl də güllərlə bəzədiləcək.

10 günə yaxındır ki, davam edən hazırlıq işləri mayın 9-na qədər yekunlaşacaq. Həmin gün möhtəşəm açılış baş tutacaq. Bir neçə gün ərzində parkda güllərin nümayişi davam edəcək.

Bayramın turistlərin də diqqətini cəlb etməsi üçün daha möhtəşəm təşkil olunacağı bildirilir.

 

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın