Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Bakıda Formula 1 yarışlarını izləmək üçün 10 min dollar ödədi – FOTOLAR

Bakıda Formula 1 yarışlarını izləmək üçün 10 min dollar ödədi – FOTOLAR

“Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində “Hilton Baku” oteli məşhur “Formula-1” pilotları Fernando Alonso və Stoffel Vandurnun şəxsi əşyaları ilə bəzədilmiş “McLaren-Honda” otağı təqdim edilib.

Musavat.com xəbər verir ki, 2005-ci ildən etibarən “McLaren-Honda” “Formula-1” heyətinin fəxri tərəfdaşı olan Hilton hər il yarışların keçirildiyi 17 ölkədə yerləşən mehmanxanalarından birində F1 azarkeşləri üçün xüsusi yarış otağı hazırlayır. Bakı Şəhər Halqasının uğurlu fəaliyyəti və Formula həvəskarlarının 2017-ci il Azərbaycan Qran-prisinə artan marağını nəzərə alaraq, bu il sözügedən layihə üçün məhz Bakı şəhəri seçilib.

Hilton oteli və 2017 “Formula-1” Azərbaycan Qran-prisini daha geniş kütlələrə tanıtmaq məqsədilə turistlərə xüsusi “McLaren-Honda” dizaynlı otağında gecələmək imkanı yaradır. Bu otağın hər bir guşəsi sürücülərin istifadə etdikləri orijinal əşyalarla bəzədilib.

Məşhur “Formula-1” pilotu Fernando Alonsonun yarış uniforması və başlığı, “McLaren-Honda” sükan çarxı, “Pirelli” təkərləri, pilotların adları həkk olunmuş hamam xalatları, “McLaren-Honda” heyətinin yarış tarixini əks etdirən kitab və digər maraqlı əşyalar otaqda qalmaq istəyən qonaqların istifadəsindədir.

İstənilən F1 azarkeşinin xəyallarını bəzəyəcək bu otaq, həmçinin yarışın Pit binası və Bakı Şəhər Halqasına açılan möhtəşəm mənzərəsi ilə də diqqəti cəlb edir. Otağı icarəyə götürmək istəyən yarış həvəskarları yüksək adrenalin dolu “Baku 2017” F1 həyəcanını, pitstop əməliyyatlarını, startdakı qrid düzülüşünü və finiş xəttini birbaşa görə biləcəklər.

Bakı “McLaren-Honda” otağında gecələmək imkanı Hilton brendinin “Hilton Honors” sadiqlik proqramına üzv olan turistlər üçün təklif olunub və dünyanın hər bir yerindən olan milyonlarla turistə 2017 “Formula-1” Azərbaycan Qran-pri yarışını tanıtmaq üçün daha bir imkan yaradır.
Layihə ölkəmizin turizm potensialını nümayiş etdirib mövcud imkanları təbliğ edərək azarkeşləri paytaxtımıza səfər etməyə və yarışı burada izləməyə həvəsləndirmək məqsədi daşıyır.

Məlumata görə, bəhs edilən otaq yarış günü üçün artıq rezerv edilib. Bu qeyri-adi otaqda gecələyəcək şəxs isə Böyük Britaniya vətəndaşıdır. O, bu otaqda qalmaq üçün 10 min dollarından keçməli olub.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın