Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Bakıda Formula 1 ləğv olunmayacaq – BƏYANAT

Bakıda Formula 1 ləğv olunmayacaq – BƏYANAT

“Formula 1-in keçirilməsi minlərlə iş yerinin açılmasına səbəb olacaq”.

İyun ayının 19-na planlaşdırılmış Avropa Qran-prisinin təşkilatçıları əmindirlər ki, dünya iqtisadi vəziyyəti və neftin qiymətinin ucuzlaşması Azərbaycanın tarixində ilk F1 yarışının keçirilməsinə təsir etməyəcək.

Bu barədə f1news.ru portalı məlumat yayıb.

Dekabrda Azərbaycan valyutası – manatın məzənnəsi ucuzlaşdı, bu təbii ki, ölkənin iqtisadiyyatına təsir edir və Avropa KİV-də bütün bunların Qran-prinin planlarına təsir edəcəyinə dair məlumatlar yayılıb.

Amma cümə axşamı Baku City Circuit-nin mətbuat xidməti bu məsələ ətrafında yaranan narahatçılığı aradan qaldırmağa çalışdığı press-reliz paylaşıb.

“Manatın devalvasiyası Azərbaycanın tarixində ilk Formula-1 yarışının təşkilinə heç bir təsir göstərməyib. Avropa Qran-prisinin büdcəsi əvvəlcədən ABŞ dolları ilə hesablanmışdı, ona görə də biz büdcəyə dəyişiklik etməyəcəyik, sənəddə deyilir.

Amma biz milli valyutanın devalvasiyası ilə bağlı narahatlığı bölüşürük və başa düşürük ki, belə böyük tədbirin təşkili daha əhəmiyyətli maliyyə vəsaiti tələb edir.

Bakıya gələcək tamaşaçıların sayəsində turizmin və müvafiq infrastrukturun inkişafındakı stimula xüsusi diqqət ayrılıb:

“Turistlərin sayının artması restoranların, barların, otellərin, pərakəndə ticarət obyektlərinin inkişafına təsir edəcək, bu isə birbaşa iqtisadiyyatda əks olunacaq. Yarışın hazırlığı və keçirilməsi birbaşa və ya bilavasitə hadisə ilə bağlı minlərlə iş yerinin açılmasıdır.

Biz əminik ki, qısa müddət ərzində iqtisadiyyata verdiyimiz töfhə və uzunmüddətli perspektivimiz cari məsrəflərin hamısından üstün olacaq”.(oxu.az)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın