Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Şou Biznes / Bakıda faciəli şəkildə ölən əcnəbi futbolçuların – FOTOLARI

Bakıda faciəli şəkildə ölən əcnəbi futbolçuların – FOTOLARI

Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü futbolçu imiş. Onlar Sabunçu futbol klubunun heyətində çıxış edirmişlər. Digər 1 nəfər isə Texniki Universitetin tələbəsi imiş.
Musavat.com-un əldə etdiyi məlumata görə, 5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra tapılıb. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb.
O, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib. Hadisə yerinə polislər və FHN əməkdaşları çağırılıb. Qapı qırıldıqdan sonra 5 nəfərin cansız bədəni tapılıb.
“Sabunçu” FK-nın oynayan rəhbəri Elçin Məmmədovun musavat.com-a verdiyi məlumata görə, ölənlərdən Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum klubun heyətində çıxış edirmişlər.
Kamerun Respublikasının vətəndaşları olan bu şəxslər 1 ilə yaxın imiş ki, komandada forma geyinirmişlər.
Digər dünyasını dəyişən Kamerun vətəndaşı Nzemele Ezzambe Texniki Universitetdə təhsil alırmış.
Həmin futbolçuların fotolarını təqdim edirik.




Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …

Bir cavab yazın