Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Bakıda bəylə gəlin tıxacda qalıb dondu – deputat onları xilas etdi

Bakıda bəylə gəlin tıxacda qalıb dondu – deputat onları xilas etdi

“Bayaq qızımla “Yeni Yasamal”dan evə qayıdırdıq. Taksidə. Bir baxdıq ki, yanımızda “gəlin maşını” qara batıb qalıb. Üstəlik, tıxac. Allahdan, taksi sürücüsü insaflı adam idi, xahişimi havada tutdu və gəlinlə bəyi maşına almağa etiraz eləmədi”.

Avtosfer.az xəbər verir ki, bunu millət vəkili Elşən Musayev dilə gətirib.

“Deyən kimi də gəldilər. Donmuşdular soyuqdan. Düz yarım saata “Alatava” yolu ilə bunları çıxardıq “Şərifzadə”yə. Ordan da bir başqa taksi ilə getdilər şadlıq sarayına…

Fidan yol boyunca bəy və gəlinə o qədər sual verdi ki, adamların toy da yadından çıxdı, qar da, tıxac da. “Qazan dibi” söhbətini isə sona qədər xırdaladı. Ta, dillərindən açıq etirafı alana qədər…

Xoşbəxt olsunlar, İnşallah”-deyə, o, daha sonra qeyd edib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın