Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Bakıda bələdiyyələrin torpaq “DAVASI”…

Bakıda bələdiyyələrin torpaq “DAVASI”…

Uzun müddət bələdiyyələrin üzləşdikləri problemlərdən biri də onlara məxsus ərazilərin dəqiq müəyyənləşdirilməməsidir. Bu məsələ xüsusilə Bakıda daha qabarıq şəkildə özünü göstərir. Hətta bir neçə dəfə bir bələdiyyə digərinə məxsus ərazini satıb və sonradan bununla bağlı ciddi insident yaşanıb.

Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, qanunauyğun olaraq bütün bələdiyyələr reyestrdən keçməli, bələdiyyələrin sərhədləri, bu sərhəd daxilində dövlət, xüsusi mülkiyyət və bələdiyyələrə aid olan əmlaklar əksini tapmalıdır.
“Kənd bələdiyyələrinin demək olar çoxu reyestrdən keçib və sənədləri də alıblar. Amma şəhərdə sənədləşmə işləri davam edir. Çünki sərhədlər dəqiq müəyyən olunmayıb. Hazırda da Bakı, Sumqayıt, ümumiyyətlə, Abşeron ərazisində mübahisəli ərazilər var. Buna səbəb isə bələdiyyələrin sərhədləri ilə bağlı məsələnin həll olunmamasıdır”.

T.Rzayev qeyd edib ki, 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı bir çox şəhər və kənd bələdiyyəsinin hamısının sərhədləri müəyyən olunub onlara verildi.

“1999-cu ildə 2757 bələdiyyə yaradıldı. Daha sonra 1000-dən artıq bələdiyyə birləşdirildi və hazırda ölkədə 607 bələdiyyə fəaliyyət göstərir. Amma böyük şəhərlərdə bu problem hələ də qalmaqdadır.

Bələdiyyələrin sərhədlərinin müəyyənləşməsi istqamətində ölkə başçısı tapşırıqlar verib. Müəyyən plan xəritələri hazırlanıb. Hesab edirəm ki, yaxın zamanlarda böyük şəhərlərdə fəaliyyət göstərən bələdiyyələrin də ərazi məsələsi həll ediləcək. Onlar arasında yaranan müəyyən mübahisələrə son qoyulacaq”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın