Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Bakıda 65 yaşlı kişi soyuğa meydan oxuyur — VİDEO

Bakıda 65 yaşlı kişi soyuğa meydan oxuyur — VİDEO

Bu günlərdə Bakı da daxil olmaqla ölkənin hər yerinə yağan qar çoxlarının qayğısını artırıb.

Ancaq paytaxt sakinlərindən biri belələrindən fərqlənib. Keçmiş hərbçi olan 65 yaşlı İsgəndər Mirzəyev paltarlarını çıxararaq özünü qarın üzərinə atıb.

Bu həyəcanlı anları oğlu telefonla çəkərək bölüşüb.

Paltarını çıxarıb, özünü ayaqyalın qarın üzərinə atır. Görüntülər paytaxtın Suraxanı rayonu Yeni Günəşli yaşayış massivindəndir. Güclü qar 65 yaşlı İsgəndər Mirzəyevi sevindirib.

Keçmiş hərbçi bu hərəkətləri hər qış qar yağanda edir. Əvvəl qarda sürünür…

Sonra mayallaq aşır ki, bədəninin digər hissəsinə də qar dəysin. Qarın içində yuvarlanaraq dadını çıxarır. Hətta oturub əlləri ilə başını da qara bulayır. Xırda gimnastika ilə hərəkətlərinə son verir. Bununla özünü daha sağlam və gümrah hiss etdiyini bildirir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın