Ana səhifə / Şou Biznes / Bakıda 17 milyona “obyekt” satılır

Bakıda 17 milyona “obyekt” satılır

Nərimanov rayonu, Həsən Əliyev 36 ünvanında yerləşən “İnqilab Plaza” ticarət mərkəzi satışa çıxarılıb.

Azinforum.az axar.az-a istinadən xəbər verir ki,  7 mərtəbəli, ümumi sahəsi 7 min kv/m olan ticarət mərkəzi 17 milyon manata satılır. 

Plazanın 0-4-cü mərtəbələrində 1 saylı Bakı ASAN xidmət mərkəzi fəaliyyət göstərir.

“İnqilab Plaza” 2011-ci ilin sentyabrında istifadəyə verilib. Burada  200-2000 kv.m-lik ofislər icarəyə verilir. Plaza yeni istifadəyə verilən vaxtlarda 1 kv.m üçün 25 manat təklif olunurdu.

Ticarət mərkəzinin son dönəmlərdə  həbs olunan oliqarxlardan birinə məxsus olduğu ehtimal olunur.

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın