Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Bakı sakinləri haradan geyim almağa üstünlük verir?

Bakı sakinləri haradan geyim almağa üstünlük verir?

“ACT Azərbaycan” iyulun 17-21 iyul tarixləri arasında Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edib.

Şirkətdən virtualaz.org-a verilən məlumata görə, əksər respondentlər geyim almaq üçün bazarlara üz tutur (70%). Alış-veriş mərkəzləri 39% səslə ikinci yerdə qərarlaşıblar.

Bahalı butiklərə gedənlər 13,4% səslə üçüncüdülər. Alış-veriş mərkəzlərindən kənarda yerləşən mağazalardan geyim alanlar isə 10% təşkil edir. Onlayn alış-veriş edənlər 7,8% səslə sıralamaya qoşulublar. Bazarlıq üçün xaricə üz tutanlar isə 4%-dir.

Geyim almaq üçün bazarlara üz tutanlar, əsasən, yaşlı nəslin nümayəndələridir. Belə ki, 65 yaş və daha çox yaşı olanlar (89,4%) geyim almaq üçün bazarlara gedirlər. Gənc nəslin nümayəndələri isə (18-24 yaş), əsasən, alış-veriş mərkəzlərinə (36,4%) üz tuturlar. Orta nəslin nümayəndələri (35-44 yaş) geyim almaq üçün ya butikləri (10,2%), ya da xarici ölkələri (8,5%) seçirlər.

Sorğu nəticəsində məlum olub ki, əksər respondentlər ayaqqabı almaq üçün bazarlara üz tutur (65,3%). Alış-veriş mərkəzlərini seçənlər 32,7% təşkil edir. Bahalı butiklərdən ayaqqabı alanlar 13,6%-dir. Alış-veriş mərkəzlərindən kənarda yerləşən brend mağazaları isə respondentlərin 11,4%-i seçir.

Ayaqqabılarını onlayn şəkildə alanlar respondentlərin 5,8%-ni təşkil edir.

Bazarlardan ayaqqabı alanlar yaşlı nəslin nümayəndələridir. 65 və daha artıq yaşı olan respondentlər ayaqqabı almaq üçün bazarlara daha cox gedirlər (89,4%). Gənclər isə (18-24 yaş) alış-veriş mərkəzlərini (31%) və mollardan kənarda yerləşən brend mağazaları (7,5%) daha münasib bilirlər.

İnternetlə ayaqqabı alanlar isə əsasən 18-34 yaş aralığında olan respondentlərdir. Butiklərdən (12,4%) və xarici ölkələrdən (8,5%) ayaqqabı alanlar isə 35-44 yaş aralığında olan sakinlərdir.

Sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə keçirilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın