Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Şou Biznes / Bakı Mühəndislik Universiteti ilk məzunlarını yola salır

Bakı Mühəndislik Universiteti ilk məzunlarını yola salır

Bu münasibətlə universitetdə “Məzun Günü” keçirilib. Məzuniyyət tədbirində millət vəkilləri, Abşeron İcra Hakimiyyətinin, Azərbaycan Tələbə-Gənclər təşkilatları ittifaqının, iş dünyasının nümayəndələri, valideynlər və sənət adamları iştirak edib.
Universitetin rektoru, professor Havar Məmmədov çıxış edərək qonaqları salamlayıb, məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib. Rektor qeyd edib ki, möhtərəm prezidentimiz İlham Əliyevin gənclərə olan qayğısı nəticəsində ölkəmizdə hər sahədə, eləcə də, ali təhsil ocaqlarında onların yüksək səviyyəli təhsil almaları və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bakı Mühəndislik Universitetinin tarixində əlamətdar bir gündür. Çünki ilk məzunlarımızı cəmiyyətə təqdim edirik. Hal-hazırda universitetdə 3818 tələbə bakalavr, 495 tələbə magistr, 57 tələbə isə dissertant və doktorant pilləsində təhsil alır. Bunlardan 951 tələbə 600 baldan çox, 268 tələbə 650-dən çox, 6 tələbə isə 700 bal toplayıb. Universitetdə 55 tələbə “Prezident təqaüdü”, 97 tələbə isə “Gələcəyin müəllimi” təqaüdü alır. Bu gün universitetin İqtisadiyyat və İdarəetmə, Mühəndislik və Pedoqoji fakültəsindən 660 tələbə bakalavr pilləsindən, 170 tələbə isə magistr pilləsindən olmaqla ümumilikdə 830 nəfər məzun həyata qədəm qoyur. Əminliklə deyə bilərəm ki, məzunlarımız layiqli əməlləri ilə universitetimizin fəxrinə çevriləcəklər.

 

 

 

Millət vəkili Fuad Muradov universitet kollektivini, məzunları və onların valideynlərini Milli Məclisin Gənclər və İdman komitəsi adından təbrik edib. Ölkəmizdə gənclərə yaradılmış imkanlardan danışan millət vəkili məzunlara müstəqilliyimizin qorunmasında və möhkəmlənməsində bilik və bacarıqları ilə möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmələrini tövsiyə edib, gələcək həyatlarında uğurlar arzulayıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxışına təbriklə başlayıb. Qeyd edib ki, BMU məzunları ölkəmizin inkişafında mühüm rol oynayacaqlar. Çünki bu universitetin müasir maddi-texniki bazası, savadlı akademik kadrları, ölkəsini sevən, müasir texnologiyaları mənimsəyən, savadlı və dünya görüşlü tələbələri var.
Abşeron icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, YAP Abşeron təşkilatının sədri Bilman Vəliyev və universitetlə əməkdaşlıq edən şirkətlərin nümayəndələri də məzunları təbrik ediblər.
Universiteti ixtisaslar, fakültələr və universitet birincisi olaraq bitirən tələbələr universitet rəhbərliyi tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirin bədii hissəsində universitetin özfəaliyyət kollektivləri ilə yanaşı tanınmış sənət adamları Gülyaz Məmmədova, Ehtiram Hüseynov, Aytən Məhərrəmova, Cahangir Qurbanov, Vüqar Məmmədov və Elgün Seyidov ifaları ilə məzunları təbrik ediblər.

Həmçinin oxuyun

“Maşın Şou”da final başladı

“Maşın Şou”nun “Maskarad” adlı sürətinin final mərhələsinin ilk gecəsi start götürüb. Finala çıxan 3 məşhur – …

Bir cavab yazın