Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Bakı metrosunda növbəti panika

Bakı metrosunda növbəti panika

Bakı metrosunda növbəti dəfə problem yaşanıb. “İçərişəhər”dən gələn qatar “Gənclik” stansiyasına çatmamış tuneldə qalıb.
Bildirilir ki, qatar tuneldə 10 dəqiqə yaxın qalıb. Daha sonra isə sərnişinlər “Gənclik” stansiyasında təxliyyə edilib. Sərnişinlərdən bəzilərinin halı pisləşib.
“Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisə ilə bağlı ANS-ə bildirib ki, qatarın tuneldə qalmasına səbəb həmin qatarda nasazlığın yaranmasıdır.
““İçərişəhər”dən “Həzi Aslanov”a hərəkət edən 3 saylı qatarda problem yaranıb. Bu səbəbdən sərnişinlər təxliyyə edilib və qatar depoya göndərilib. Sərnişinlərin daşınması üçün növbəti qatar işə salınıb” – deyə N.Paşayev bildirib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın