Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Bakı aeroportunda insident: azyaşlı uşaq xəsarət aldı

Bakı aeroportunda insident: azyaşlı uşaq xəsarət aldı

Martın 3-ü, axşam saatlarında Heydər Əliyev hava limanında Bakı-Doha reysinə minmə zamanı valideynlərin diqqətsizliyi ucbatından 2 yaşlı uşaq xəsarət alıb.

Virtualaz.org “AZAL”-ın mətbuat xidmətinə istinadən bildirir ki, təyyarəyə minən zaman 2-yaşlı İsa Əliyev anasının əlindən çıxaraq pəncərə tərəfə qaçıb. Aeroport binasının konstruksiyasının dərinliyinə düşən uşaq bədən xəsarətləri alıb.

Hadisə yerində aeroportun müvafiq xidməti tərəfindən uşağa tibbi yardım göstəriləndən sonra İsa Əliyev Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanının rəhbərliyi bir daha terminalın ərazisində uşaqlar üçün xüsusi yerlərin ayrıldığını bildirir və valideynləri olduqca diqqətli olmağa, aeroport ərazisində hərəkətdə olarkən uşaqları nəzarətsiz qoymamağa çağırır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın