Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Bərdə RİH-də Qarabağ qazisini mənzil növbəsinə yazmaq istəmirlər? – ŞİKAYƏT

Bərdə RİH-də Qarabağ qazisini mənzil növbəsinə yazmaq istəmirlər? – ŞİKAYƏT

Bu günlərdə Bərdə rayon Sələbilər kənd sakini Elman Yunis oğlu Əsədov sayta özünün Cənab Prezidentə yazdığı müraciətin mətnini göndərib. Həmin müraciətdə deyilir: “12.10.2016-cı il tarixdən müraciətimə baxılmır, bildirmək istəyirəm ki, 1992-ci ilin dekabrından 1994-cü ilin martınadək 772 saylı hərbi hissədə xidmət etmişəm, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışam, 2-ci qrup Qarabağ Müharibəsi əliliyəm, Prezident təqaüdçüsüyəm, ailəliyəm, 3 azyaşlı övladım var.

Qanuna müvafiq olaraq Cənab Ali Baş Komandanın göstərişlərinə əsasən güzəştli qaydada mənzil növbəsinə dayanmağım və mənzillə təmin olunmağım barədə Bərdə rayon İcra Hakimiyyətinə müraciət etdim, 07.12.2016-cı il tarixdə Bərdə rayon İcra Hakimiyyətinə məni qəbula dəvət etdilər.Orda məni memarlıq şöbəsinin rəisi qəbul etdi, müəyyən bəhanələrlə məni başından edərək, növbəyə götürmək istəmədi.Hal-hazırda 5 nəfər ailə üzvlərimlə birlikdə yaşamağa yerimiz yoxdur, mənzillə təmin edilməmişəm.

Vətənim Azərbaycan uğrunda əlil olsam da, sağlamlığımı itirsəm də Bərdə rayon İcra Hakimiyyəti mənə qarşı ədalətsiz mövqe tuturın Qarabağ əlillərinə qarşı humanist göstərişlərini icra etmir, mənə və Ali Baş Komandanın sərəncamlarına qarşı etinasızlıq edirlər”.
Saytın əməkdaşı Elman Əsədovla əlaqə saxladı və onun hazırda harda yaşadığını soruşdu.
“Mən ata evində yaşayıram. Amma 50 yaşlı bacım var ki, qardaşımoğlunu götürüb övladı kimi saxlayır, digər tərəfdən də üç uşaqla ikiotaqlı evdə yaşamağa çətinlik çəkirik. Qardaşım da öz ailəsiylə Bakıda qalırdı, indi qayıtmaq istəyir, mənimsə başqa gedəcək yerim yoxdur. Həmişə Gəncədə, Mingəçevirdə, başqa-başqa yerlərdə qarovulçu işləmişəm.

Sağolsun, Cənab Prezident, mənə təqaüd verir, amma mən əmək qabiliyyətini itirən insanam kənd təsərrüfatıyla da məşğul ola bilmirəm. Böyük oğlum da əlildir. Mən Bərdə RİH-ə müraciət etdim ki, məni növbəyə yazsınlar, amma Elçin Qurbanov mənə dedi ki, sənə ata evindən pay düşür, ona görə də səni mənzil növbəsinə yaza bilmərik”, – deyə E.Əsədov bildirdi.
Biz Bərdə RİH-in Memarlıq şöbəsinin mühəndisi, Bərdə RİH Mənzil Komissiyasının katibi Elçin Qurbanovla əlaqə saxladıq.

“Mən Elman Əsədova demişəm ki, sənədləri hazırla, komissiyaya təqdim elə, baxılacaq. Sadəcə məsələ ondadır ki, qardaşının başqa yerdə evi var, o da bacısıyla yaşayır. O evin vərəsəlik məsələsi həll olunsun, bilinsin ki, ev kimə məxsusdur”, – deyə Elçin Qurbanov bildirdi.

“Onun dediyinə görə, qardaşı da o evə iddialıdır. Həm də iki evdir”, – deyə qeyd etdik. “Hərə bir kələk işlədib artıq ev almaq istəyir… Qoy evin taleyini müəyyən etsinlər, sonra müraciət etsinlər. Hələ vəsait də ayrılmayıb. Fərdi evlər nəzərdə tutulur, o da nə vaxt olacaq, bilinmir”, – deyə RİH rəsmisi cavab verdi. (Qafqaznews.az)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın