Ana səhifə / Şou Biznes / “Bəzi kişilər qadına əşya kimi baxır” – Günel

“Bəzi kişilər qadına əşya kimi baxır” – Günel

“Bəzi kişilər qadınlara əşya kimi baxır…”

Bu sözləri canlı yayımda müğənni Günel Məhərrəmova deyib.

Sənətçi canlı yayımda aparıcı Zaur Kamalın qısqanclıqla bağlı sualını cavablandırıb.

Müğənni  fikirlərini bölüşüb və ifrat qısqanclığa qarşı çıxdığını deyib:

“İndi baxıram, bəzi kişilər qadına əşya kimi baxır. Fikir vermişəm, son zamanlar, xüsusən bu hal artıb. Qadını mənimsəyirlər, “nə deyirəm, o olmalıdır” fikri ilə yaşayırlar. Amma qadının azadlığı olmalıdır. Onu sıxmaq olmaz, qadını bir az sərbəst buraxmaq lazımdır. Axı o da bir xanımdır, qadındır”.

Həmçinin oxuyun

Qızı döyülən Rəqsanə efirdə ağladı – Video

Müğənni Rəqsanə İsmayılova efirdə göz yaşlarına hakim ola bilməyib. İfaçı “Həmin Zaur” proqramının qonağı olarkən …