Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “Bəzən məsuliyyətsiz hərəkətlərə rast gəlinir” – Nazir

“Bəzən məsuliyyətsiz hərəkətlərə rast gəlinir” – Nazir

“Azərbaycana gələn turistlərin sayı da ildən-ilə artır”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, əgər ötən ilin 5 ayı ərzində ölkəmizə 768 min turist gəlmişdisə, bu il 956 min turist gəlib: “Bu da ötən ilə nisbətən 188 min və ya 24,5% artım deməkdir. Əgər ötən ilin ilk üç ayında xarici turistlər Azərbaycanda bank vasitəsi ilə 40,629 mln. manat ödəmələr etmişdilərsə, bu ilin eyni dövründə bu məbləğ 91,143 mln. manat olub”.

Bəzi qoruqlarda arzuolunmaz faktların aşkar olunduğunu deyən nazir bildirib ki, hətta orada bəzən məsuliyyətsiz hərəkətlərə də rast gəlinir: “Sözsüz ki, bunlar yolverilməzdir. Bu səbəbdən qoruqlarda tamamilə yeni idarəetmə sistemi formalaşmalıdır. Qoruqlar öz qapılarını xalqın, gənclərin üzünə açmalı və ora gələn insanlara Azərbaycanı ətraflı tanıtmalıdır”.

Nazir bildirib ki, keçən il ərzində Qobustan Milli Tarix-Bədii Qoruğunu təxminən 100 minə yaxın insan ziyarət edib: “Qobustana gələn turistlərin sayı ötən dövlərə nisbətən xeyli çoxalıb. 2013-2014-cü illərdə orada bir sıra işlər görülüb, muzey yaradılıb ki, o da Avropanın ən yaxşı muzeyləri sırasına daxil olub. Bütün turist şirkətləri Qobustana səfəri öz turizm paketlərinə daxil edirlər. Dünyada bu cür məkanların şəbəkəsi mövcuddur. Azərbaycan artıq Qobustanla bu şəbəkəyə daxil olaraq bütün dünyaya nümayiş etdirir ki, bəşəriyyətin ilk məkanları olan torpaq, yer Azərbaycanda yerləşir”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın