Bazar , Oktyabr 25 2020
Ana səhifə / Şou Biznes / Bələdiyyəyə borcu olanlara kredit verilməsin – VİDEO

Bələdiyyəyə borcu olanlara kredit verilməsin – VİDEO

Bələdiyyəyə vergi borcu olanlara kredit verilməsin. Bu təkliflə Bakının Nəsimi rayon Bələdiyyəsinin sədri çıxış edib.
Onun fikrincə, bu yolla vətəndaşları vergi ödəməyə öyrəşdirmək və bələdiyyələrin maliyyə ehtiyyatlarını artirmaq mümkündür. Təklif müzakirə edilmək üçün Milli Məclisə təqdim olunub.
Paytaxtın Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanovun fikrincə, bu yolla vətəndaşların vergi öhdəliklərinə olan məsuliyyətini artırmaq mümkündür. Beləcə bələdiyyələrin maliyyə imkanlarını da genişləndirmək olar. Hazırda əksər bələdiyyələr vergiləri yığmaqda çətinlik çəkir. Çünki bu qurumun heç bir inzibati tədbir görmək səlahiyyəti yoxdur.
Nazim Qaraxanov bələdiyyə ərazisində yerləşən, ancaq dövlət reyestrində qeydiyyata alınmayan yeni tikilmiş binalardakı mənzillərin də əmlak vergisinin bələdiyyələrə verilməsini təklif edir. Xüsusilə Bakıda belə binaların çox olduğunu deyən bələdiyyə sədri, onlardan yığılan vergilərlə bələdiyyələrin daha geniş miqyasda sosial layihələr həyata keçirə biləcəyini bildirib. Xezerxeber.com
 

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın