Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Bəkir Nəbiyevin Gümüş dediyi tələbə, Qara Qarayevin utancaq qonşusu…

Bəkir Nəbiyevin Gümüş dediyi tələbə, Qara Qarayevin utancaq qonşusu…

APA TV-nin  “Ötən əsrin adamları” verilişinin qonağı Bərdənin Soğanverdilər kəndində sadə kəndli ailəsində doğulan Gülsüm Ocaqovadır.
 
Ata-anasının adi orta təhsil belə olmayıb. Kasıbçılıqla böyüyüb. O qədər kasıb olublar ki, məktəb ləvazimatı almağa belə imkanları çatmayıb valideynlərinin. Anası ilk dəfə onu məktəbə göndərəndə kənd mağazasının qarşısından topladığı vərəqləri dəftər kimi istifadə etsin deyə çantasına qoyub. Kasıb olsalar da dərslərini əla oxuyan Gülsüm Ocaqova Tibb Texnikumunu bitirib. Tibb Universitetinə daxil olmaq arzusu isə ürəyində elə arzu kimi qalıb. Deyir, iki “4”-dən sonra  bir “2” alıb və anlayıb ki, onu kəndə qaytarıb ərə verəcəklər…
“Sadə kənd qızına bir texnikum bitirdikdən sonra ali məktəbə girmək üçün ikinci dəfə imtahan vermək şansını o illərdə hər ailə yaradırdı. Mənə belə bir şans verilmişdi, amma alınmadı. Bilirdim mənə deyəcəklər ki, gül kimi tibb bacısısan. Ərə get, ailə qur, evinlə, işinlə məşğul ol. Bütün bunları düşünə-düşünə bir də o zaman ayıldım ki, əlimdə saçımdan böyük bir topa var. Elə o havada da evə gəldim. Bütün uşaqlıq, gənclik şəkillərimi, Tibb Universitetinə geyinib gedəcəyimi xəyal etdiyim, sevə-sevə saxladığım seçmə paltarlarımı qayçılayıb tökdüm. Səhv yazdığım bir iki hərfin də, o səhvə görə mənə “2” yazan müəllimin də acığını çıxdım əşyalarımdan ”..
O, Tibb Universitetinə qəbul olunmayanda necə stress keçirmişdisə, onun on qat sevincini illər sonra qızının hesabına yaşayıb…
“Kişi xeylağı bir az əhli-kef olur. Yeyib – içməyi, əyləncəni, yaxşı qazanmağı sevir amma sonranı qadın qədər düşünə bilmir. Həyat yoldaşım sürücü də olsa yaxşı pul qazanırdı. Mən də o pulu xərcləməyi, saxlamağı bacarırdım” .
Qarabağ savaşı! Bu savaş təkcə Azərbaycan boyda məmləkətin içini, qəlbini dəlib keçməyib. O müharibə bir-bir bütün evlərin qapısını döyüb, hamımızın düz evinin içindən keçib. Gülsüm xala deyir ki, onu oğlunun döyüşə getməsi, hətta şəhid olması ehtimalı belə narahat etmirdi. Yetmişi haqlamış bu qadının sözlərinə görə, həmin günlərdə, yəni oğlu mühasirəni yarıb dönənə qədər gözləmək, yuxu yatmamaq, bir tikə çörək belə kəsə bilməmək kimi dəhşət yaşamaq və bunu bütün ailəyə yaşatmaq incidirdi onu. Deyir mən ağlamırdım, qurd kimi ulayırdım. Özü gəlməsə də heç olmasa cəsədini görmək istəyirdim oğlumun. O, sakitləşdirici dərmanın təsirində yatarkən gördüyü yuxunu da danışıb…
Həmsöhbətim akademik Bəkir Nəbiyevin sevimli tələbəsi, dahi Qara Qarayevin qonşusu olub…
Həyat yoldaşı dünyasını dəyişəndən sonra tək qala bilməyib Soğanverdilərdə Gülsüm xala.  2014-cü ildən Bakıya köçüb, övladlarının yanına. Deyir ki, o, təkcə öz dərdinə
görə tərk eləməyib doğma kəndini. Bəs nə baş vermişdi ki?!…
“Ötən əsrin adamları”nda izləyin…

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın