Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Şou Biznes / “Azimport” Buzovnada binaların üzlənməsi üçün tender udmayıb

“Azimport” Buzovnada binaların üzlənməsi üçün tender udmayıb

“Bizlik burda bir şey yoxdur”, – deyə Xəzər RİH rayonunun nümayəndəsi bəyan edir

İyunun 20-də Dövlət Bayraq Meydanının rəisi Rəşad Məmmədov azadlığa çıxdı. Məhkəmənin qərarı ilə, Rəşad Məmmədova 13 ay həbs cəzası kəsilib. Lakin həmin müddət artıq istintaq müddətində başa çatdığına görə, Rəşad Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.Xatırladaq ki, Rəşad Məmmədov həmçinin “Azimport” şirkətinin sahibidir.

Haqqin.az saytı yazır ki,  ötən il mayın 21-də uzun illər paytaxtın və bütün Abşeronun abadlaşdırılması sahəsində oliqarxik monopolist olan “Azimport”  şirkəti Buzovna qəsəbəsində evlərin riskli üzlüklərinin demontajına başlayıb. Məhz bu şirkət evləri riskli materiallarla üzləyib,“Azadlıq”  Prospektindəki yanğından sonra isə səhvlərini düzəldir . Üzlük plitələrinin sökülməsi Rasim İmanov küçəsində 11 bloklu, 9 mərtəbəli 4 saylı binada həyata keçirilir. Yerli sakinlərin sözlərinə görə, “Azimport”  loqotipli texnikalar 10145binaya yaxınlaşıb və RİH nümayəndələrinin müşayiəti ilə üzlüklərin sökülməsinə başlanılıb. Bu şirkət ancaq öz vurduğu üzlüklərin sökülməsi ilə məşğul olub, yanğınadavamlı üzlüklərin vurulması isə Gürcüstandan gələn briqadaya tapşırılıb. (haqqin.az).

Buzovna Bələdiyyəsinin sədri Elman Xəlilov Legion.az-a bildirdi ki, ötən il “Azadlıq” prospektindəki yanğından sonra, “Azimport” tərəfindən vurulan üzlüklər yenisiylə əvəz olunub. “Bundan artığını deyə bilmərəm, çünki, bu sahədə mütəxəssis deyiləm”, – deyə Elman Xəlilov qeyd edib.

FHN-in Tikintilərə Nəzarət İdarəsinin əməkdaşları Legion.az-a bildirdilər ki, ola bilər, “Azimport”un vurduğu üzlüklər yanğın təhlükəsinə görə çıxarılıb.“Poliuretandan üzləmə işlərini Buzovnada “Azimport” yox, tamam başqa şirkət həyata keçirib”, – deyə şirkətin mətbuatla iş meneceri bildirdi. “Bu şirkətin adı nədir?” – deyə jurnalistimiz soruşdu. “Adını xatırlamıram”,-deyə  şirkətin əməkdaşı bildirdi

«Keçən il “Azadlıq” Prospektində yanğından sonra, Sübhi və Rasim İmanov küçələrində 9 binadan üzlükləri daha təhlükəsiz üzlüklərlə əvə59839435zlədik. Binaları həm fasad, həm də arxa tərəfdən tam bərpa elədik. Sonra isə bizim şirkətdə maliyyə problemləri başladı. Lakin iyunun 15-dən işlərə yenidən davam edirik. Hazırda binalar yanğına davamlı materiallarla üzlənir”.

“Azimport” nümayəndəsi bildirib ki, bir sıra binalarda üzlük işləri keyfiyyətli aparılmayıb. Külək bu binaların üzlüyünü korlayıb. Bunun “Azimport”a dəxli olmamasına baxmayaraq, biz bu binaların da təmirini üzərimizə götürdük”, – deyə Xanlar Məmmədov bildirdi.DA6359AE-C193-40B2-81F3-D1221E198CDE_cx6_cy4_cw94_mw1024_s_n_r1-2

“Şirkət Buzovnada binaların üzlənməsi üçün tender qazanıbmı?” – deyə soruşduq.“Biz köhnə üzlüklərin əvəzlənməsi üçün tenderə qatılmadıq. Şirkət bunu öz hesabına etdi. “Azimport” Buzovnada parkların bərpası və digər abadlaşdırma işləri görüb”, – deyə “Azimport” nümayəndəsi cavab verib.Tanınmış vəkil Elmar Süleymanov  bildirdi ki, mövcud qanunvericiliyə əsasən ,  tender keçirilməməsinə görə  ən pis halda dövlət sifarişlərinə cavabdeh olan məmurlara qarşı cinayət faktı qaldırıla bilər. “Ona görə ki, tenderlər oğurluq hallarının qarşısını almaq üçün aparılır. Müvafiq olaraq, bu işlə hüquq mühafizə orqanları məşğul olmalıdır”, – deyə E.Süleymanov qeyd edib.

Buzovna qəsəbəsinin tabe olduğu Xəzər RİH üzləmə işlərinin tendersiz aparılmasına necə imkan yaradıb?Xəzər RİH-in Ərazi idaraəetməsi və özünüidarəetmə Orqanları ilə İş üzrə Şöbənin müdiri Əfsər Mirzəliyev  bildirdi ki, “Azimport”un üzlədiyi binalar Bakı ŞİH-in balansında olub.“Xəzər RİH həmişə qanun çərçivəsində fəaliyyət göstərir. Biz özəl şirkətlərə sifarişləri ancaq tender yoluyla veririk”, – deyə Ə.Mirzəliyev qeyd edib.

 

Həmçinin oxuyun

“Vicdan haqqı”nın məşhur cütlüyü aparıcılıq edəcək

“Vicdan haqqı” serialından sonra məşhurlaşan və ailə quran Ülviyyə Xalidbəyli ilə Murad İsmayıl cütlüyü aparıcılığa …

Bir cavab yazın