Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Azercell”: “Müştərilərimizə qarşı dələduzluq faktları beynəlxalq səviyyədə araşdırılır”

“Azercell”: “Müştərilərimizə qarşı dələduzluq faktları beynəlxalq səviyyədə araşdırılır”

Müştərilərə qarşı mobil dələduzluq törədilibsə, bu faktla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərlər. Mobil rabitə operatoru dələduzların hərəkətlərinə görə məsuliyyət daşımır və onları hüquqa zidd hərəkətlərlərinə görə məsuliyyətə cəlb etməsi mümkün deyil.

Bunu “Report”un son vaxtlar yayılan mobil dələduzluq və spam zənglərlə bağlı sorğusuna cavab olaraq “Azercell” şirkətindən bildiriblər.
Şirkət həmçinin əlavə edib ki, son zamanlar “Azercell” şəbəkəsi istiqamətində beynəlxalq mobil dələduzların fəallaşmasını nəzərə alaraq abunəçilərinə diqqətli olmağı tövsiyyə edir: “Bununla əlaqədar tərəfimizdən bütün müvafiq tədbirlər görülməkdədir. Şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də göstərilən beynəlxalq nömrələrə zəng etməməyi tövsiyə edirik. Əks halda nömrənizin hesabında böyük məbləğdə xərclər yarana bilər. Qeyd etdiyiniz məsələ hal-hazırda beynəlxalq səviyyədə araşdırılmaqdadır. Müvafiq araşdırmalar bitirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə “Azercell”dən bildirilib.
Qeyd edək ki, “Azərcell” abunəçilərini buna bənzər hallarla haqqında məlumatlandırmaq məqsədilə rəsmi veb səhifəsində müvafiq məlumat yerləşdirilib.
Aşağıdakı link vasitəsilə abunəçilər Təhlükəsizlik Tövsiyələri ilə tanış ola bilərlər:
https://www.azercell.com/az/help/fraud/

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın