Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Azay Quliyev şəhid əsgərlə bağlı məsələyə ciddi reaksiya verdi

Azay Quliyev şəhid əsgərlə bağlı məsələyə ciddi reaksiya verdi

Ötən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasiminin keçirilməsi və başdaşının qoyulması ilə bağlı ailəsinin maddi sıxıntı çəkməsi və bunun üçün yerli hakimiyyət orqanlarından yardım ala bilməmələri haqqında bir sıra saytlar, həmçinin, biz xəbər vermişdik.
TURKUSTAN.info-nun əldə etdiyi məlumata görə artıq şəhid əsgərimizin qəbirdaşı və 40 mərasiminin keçirilməsi üçün tələb olunan maddi problem yoluna qoyulub. Aldığıımız məlumata görə məsələ ilə millət vəkili Azay Quliyev şəxsən maraqlanıb. Millət vəkili Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə məsələni müzakirə edib. Artıq İH tərəfindən şəhid ailəsinə zəruri yarıdımın göstərildiyi haqqında millət vəkilinə məlumat verilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın