Ana səhifə / Şou Biznes / «Azay Quliyev belə elçilərdəndir»

«Azay Quliyev belə elçilərdəndir»

Azərbaycan Respublikasının Konstitusion müddəalarına görə ölkənin prezidenti, deputatlar və qismən də bələdiyyə üzvləri xalqı təmsil etmək, hər hansı bir hərəkət etmək və onun adından danışmaq, bəyanatlar vermək  hüququna malikdirlər. Təəssüf hissi ilə xatırlatmaq olar ki, deputatların hamısı xalqı təmsil etmək bacarığına və qabiliyyətinə malik deyillər, müəyyən qismi seçicilərin problemlərindən, rastlaşdıqları özbaşınalıqlardan və bürokratçılıqlardan hali deyillər. Qaçqınlar problemi dövlət səviyyəsində mərhələ-mərhələ həllini tapdığından deputatlara ehtiyac qalmır. 5 il ərzində seçki dairələri üzrə az deputat tapılar ki, secicilərlə mütəmadi görüşsün, onların problemləri ilə maraqlansın, az deputatlar var ki, Qarabağ məsələsinin həlli istiqamətindəki fəaliyyətinə görə xalq tərəfindən rəgbətləndirilsin. Azay Quliyev belə elçilərdəndir.   

On il Şirvan bölgəsindən namizədliyini irəli sürən Azay Quliyevi Şirvanlılar cəsarətli addımlar atan, qayğıkeş, mədəni və vicdanlı davranışı ilə yadda qalan deputat kimi tanıyarlar. 10 il ərzində həmişə yanlarında olmuş, seçicilərin sosial problemlərinin qayğısına qalmış və həmişə də onlara söykənərək cəsarəti ilə seçilmişdir. Bu dəfə o, 8 saylı Binəqədi 1-ci seçki dairəsindən namizədliyini irəli sürmüş, özünü sənaye rayonunda, mən deyərdim ki, mürəkkəb coğrafiyası olan, əhalisinin əksəriyyəti qaçqınlıq taleyini yaşayan  soydaşlarımızdan ibarət ərazidən sınamaq istəyir.

Doğrusu seşki kompaniyasına, təbliğat və təşviqat xarakterli tədbirlərə  start verilərkən Azay Quliyevin hansı keyfiyyətlərə və bacarığa malik olmasını müşahidə etmək çətin olmadı. 10 dəqiqəlik video çarx Azay Quliyevin 10 illik fəaliyyətinin mən deyərdim ki, möhürü vurulmuş annotasiyasıdır. Şirvanda seçicilərlə görüş və qaldırılan problemin həlli, Milli Məclisdəki qanunvericilik təşəbbüsünün nəticələri, “İctimai-iştirakçılıq” və “könüllülər” haqqında Azərbaycan Respublikası qanunlarının müəllifi kimi tanınan Azay Quliyev, sonra ölkə hüdudlarından kənara çıxır. Tükənən səbrimiz və ağrılı dərdimiz olan Qarabağ məsələsinin həllini beynəlxalq tribunalarda cəsarət və ləyaqətlə dünyaya çatdırır. Üzünü zalda oturan, təfəkkürlərində islamafobiyanın qalıqları olan, Azərbaycan həqiqətlərinə varmaq istəməyənlərə: –“ Cənablar belə humanistlik olmaz, hamılıqla tanınan Beynəlxalq Hüququn prinsiplərinə, insan hüquq və azadlıqlarına bu dərəcədə hörmətsizlik etmək yaramaz. TŞ-nın 5 daimi üzvünün yekdilliklə səs verdikləri qətnamələrin icrası yubandıqca hörmətdən düşürsüz” və.s. qürur duyulan iradlarını sezməmək mümkün deyil.  Qürur duyulan hal bir də ondan ibarətdir ki, müsəlman dünyasına qənim kəsilən cənablara onların dilində, səlist nitqi ilə xitab edir. Ermənistan Parlamentindəki  çıxışı daha təsirlidir. Mən deyərdim ki, bu da qəhramanlığın başqa cür təzahürüdür. Atəşkəsin hər gün pozulduğu və erməni itkilərinin qeydə alındığı bir vaxtda Azərbaycanlı deputat işğalçı dövlətin parlamentində çəkinmədən qəsbkarı ittiham edir. Bu qəhramanlıq deyilsə, bəs nədir?

İlk görüşlər 7-ci və 8 –ci mikrorayonlarda keçirildi. Seçicilərin zala axını və fəallığı bir yana, onların sifətlərindəki təbəssümləri çox şeydən xəbər verirdi. Açığını deyim, “Azay müəllim artıq Binəqədinin deputatıdır” fikri təsdiqini tapmışdır. Azay Quliyevlə onu müşayət edən bir qrup seçicilərlə hərbi xidmətə -“Vətənə Sədaqətini” nümayiş etdirməyə yollanan gəncə baş çəkir. Milli dəyərlərimizi ifadə edən çay süfrəsinin qonağı olur. Gəncə mətin, cəsur və qorxmaz olmağı arzulayır. “Unutma ki, səngərdən arxada Azərbaycan xalqının isməti və iffəti var. Ayıq və sayıq ol!”  -deyir və onu bağrına basıb ayrılır.

Bu şənbə də Azay müəllimin baxtına düşdü. Bəlkə ona görə ki, deputat vətənin müdafiəsi ilə bağlı daha çox məşğuldur?! Sonrakı görüşlərdə sakinlərin ümumi istifadəsində olan həyətdə özbaşına tikintinin aparılması, vətəndaşların əsəblərinin gərginləşməsi ilə müşayət olunan məsələnin də həllinə Azay müəllim vəd verir və gülə-gülə; “amma 1 noyabrdan sonra” -deyir. Təsirli anlar yaşanmaqda davam edir.

8-ci mikrorayondakı digər görüşdə sakinlərdən biri övladlarının himayəsindən məhrum edilən və kənar qulluğa ehtiyacı olan ahıl bir kişinin Qocalar evində yerləşdirilməsini xahiş edirlər. Bu, kollektiv müraciətin bir növü idi. Azay müəllim bu məsələnin həllinə çevik reaksiya verdi. Çox güman ki, artıq həllini tapıb.

Ərazi ilə bələd olduğum bir şəxs kimi sakinlərə Azay Quliyevin deputat –portret cizgilərini təsvir edirəm. Deyəsən fikrimi çatdırmağı bacarıram.  Binəqədi rayonunda uzun müddət yaşayan, hazırda Bələdiyyədə çalışan və çoxdan tanıdığım (şükür münasibətimiz pozulmayıb) tanışıma Azay müəllim barədə qısa məlumat verirəm: Təşviqat xarakterli “Gələcəyə inamla”, gülər üzlü portretinə baxmaq kifayət edər ki, gələcəyinə inanasan. “Baxın, inam və insanlara sevgi, hamıya qayğı və nəzakətlə yanaşma onun baxışlarından oxunur”. Bələdiyyə üzvü portretə baxır, diqqətlə və diqqətlə bir də baxır. Düz deyirsiz. Bu kişi ilə bizim gələcəyimiz inşallah uğurlu olacaq. Əlimi sıxır. “Mən Azay Quliyevi olduğu və göründüyü kimi ətrafıma çatdırmağı bacararam” -deyib ayrılır.

Azay Quliyev görüşlərdə “Mən su, yol çəkəcəyəm, bütün problemlərinizi həll edəcəyəm” demir. Buna onun maddi-imkanı da yol vermir. Amma problemləri 1 noyabrdan sonra seçicilərlə bir yerdə və icra orqanlarının iştirakı ilə baxacağına və həll olunacağına söz verir. Seçicilər alqışlarla onu qarşılayır.

Səhiyyə ilə bağlı müraciətlər edilir, Qarabağ müharibəsinin iştirakçılarına imtiyazların bərpası məsələsinə toxunulur və s. Azərbaycan dövlətinin Xarici Siyasəti üzrə fəaliyyəti, mülahizələri Azərbaycan reallıqları dövlət və ümumxalq marağ  ilə üst-üstə düşür. Bəs Azay Quliyev daha hansı keyfiyyətlərə malikdir?

Azay müəllim özünə qarşı tələbkar və məsuliyyətlidir. Əhatəli biliyə malik, bir neçə xarici dili bilən, dövlətimizin xarici siyasətində özünə xas dəsti-xətti olan, qanunyaratma fəaliyyətində təşəbbüskar və özəl mülahizələri ilə seçilən deputat, hazırda isə namizəddir. Azay Quliyev xalqını sevir, özünü seçicilərindən kənarda hiss etmir, dərdlərini özününküləşdirə, sevinclərinə şərik ola bilir. Beynəlxalq arenada haqq səsimizi təkzibolunmaz faktlarla təsdiqlədə bilir. Mülahizələrini səbrlə, arqumentli fikirləri ilə, nəyi etmək lazım olduğunu sübut etməkdə çətinlik çəkmir. Əks çıxışlara qarşı həddini aşmadan, müvazinətini və təmkinini pozmadan  cavab verir. Bu, Azay Quliyevə xas spesifik cəhətlərdəndir.

Siyasi baxışları Dovlətin siyasi kursu və Milli Məclisdəki fəaliyyəti ilə uzlaşır. Potensialını yalnız Azərbaycan xalqının rifahı naminə, dövlətimizin nailiyyətlərini kənarda təbliğ etmək istiqamətində sərf edir. Enerjilidir, prinsipal, məqsədyönlü və intellektli deputatdır.

Azay Quliyev deputat immunitetindən bəzi deputatlar kimi şəxsi maraqları üçün heç vaxt istifadə etməmişdir, alturist insandır, cəmiyyətin və dövlətçilik maraqları həmişə ön plandadır. Deputatlıq məsuliyyətini hiss edən, onu çiynində daşımağa qadir və layiq olan deputat-namizəddir.

Rəvayət edilir ki, Misir fironlarından biri Nəmrud Həzrəti İbrahim Peyğəmbər (ə.s) bütxanada bütün bütləri (ən irisindən başqa) dağıtdığına görə tonqalda yandırmaqla cəza verilməsini əmr edir. Nəmrudun əyan-əşrəfi bir həftə ərzində böyük tonqal qalayır və Həzrəti İbrahim peyğəmbəri (ə.s) tonqala atırlar. Lakin uca Rəbbimiz atəşə və onun şöləsinə əmr edir: “Sərin ol!” Ərşə  qalxan alovun şöləsi Həzrəti İbrahimi yandırmır. Amma ibrət götürüləsi bir məqam da var. Bir quş dimdiyində fasiləsiz olaraq tonqala su gətirib tökür. Bir damla su bu tonqalı söndürməyəcəksə bunu niyə gətirirsən? –soruşulur. Quş: Bir Allah şahiddir ki, mənim də imkanım və gücüm buna çatır –deyir.

Mən də Azay müəllimi tanıdığım halda bu yazını yazmağı özümə borc bildim.  Seçicilərin də gücü və imkanı seçki günü məntəqələrə gedib layiqli namizəd – Azay Quliyevə səs verəcəklərini inşallah unutmazlar.

Xalqına güvənərək gələcəyə inamla gedən Azay Quliyevə uğurlar arzulayırıq.

 

Şəmsəddin Əliyev

Hüquqşünas-publisist.

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın