Ana səhifə / Şou Biznes / Azay Quliyev: “Bəzən QHT adı altında terrorçuluğa dəstək verilir”

Azay Quliyev: “Bəzən QHT adı altında terrorçuluğa dəstək verilir”

“Azərbaycan hökuməti hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu bəyan edib”.

Azinforum.az  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklikləri şərtləndirən üç amil var. Onlardan birincisi şəffaflıqdır: “Belə ki, xarici qrantlarla bağlı şəffaflığa nail olunmalıdır. İkinci amil isə donorların fəaliyyətində müəyyən təkrarçılığın qarşısını almaqdır. Təkrarçılıq olduqda həyata keçirilən layihələrin effekti ola bilməz. Üçüncü amil isə milli təhlükəsizlik məsələsidir. Bəzən QHT adı altında radikal birləşmələr maliyyələşdirilir, terrorçuluğa dəstək həyata keçirilir.

Azərbaycan geosiyasi baxımdan çox həssas bölgədə yerləşir və ölkəmizin heç də asan olmayan qonşuları var . Buna görə də hesab edirəm ki, tərəfdaşlarımız QHT sahəsində qanunvericiliyə edilmiş dəyişiklikləri anlayışla qarşılamalıdır. Bu məsələdə təklif irəli sürmüşük. Əgər xarici donor maliyyə hüquqi prosedurları keçməyərək maliyyə ayırmaq istəyirsə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bank hesablarından istifadə edə bilər. Həmin maliyyə olduğu kimi respiyentə çatdırılacaq”.

A.Quliyev xatırladıb ki, QHT-lərin Maliyyə Nazirliyinə maliyyə hesabatı verirlər: “Bu, müzakirə olunmalıdır. Müzakirələrdə onların maliyyə hesabatı verməsi məsələsinə baxılmalıdır. Yəni, maliyyə hesabatı verilməsinin tələb kimi qoyulması qanunvericilikdən çıxarıla bilər .Qeyri-hökumət təşkilatları ilə bağlı tövsiyələr müzakirə olunmalıdır.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın