Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / AZAL-ın təyyarəsi məcburi eniş edib

AZAL-ın təyyarəsi məcburi eniş edib

Bakı-Dubay marşrutu (aviareys J2011) ilə uçuş həyata keçirən və BƏƏ-nin Şarja hava limanında məcburi eniş edən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Airbus-320-200” təyyarəsinin sərnişinləri yaxın dəqiqələrdə avtobuslarla Dubaya yola salınacaq. Bunu “Report”a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Məlumata görə, AZAL-ın təyyərəsinin Şarja hava limanında məcburi eniş etməsinin səbəbi həmin vaxt Dubay aeroportunun dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə əlaqədar bütün aviareyslər üçün bağlanılması olub.

İki aeroport arasında məsafə təxminən 25 km-dir.

“Təyyarə və sərnişinlərlə bağlı heç bir problem yoxdur. Yaxın dəqiqələrdə bütün sərnişinlər xüsusi ayrılmış avtobuslarla Dubaya yola salınacaq”, – deyə aeroportdan bildirilib.

Qeyd edək ki, Bakıdan saat 09:06-da havaya qalxan “A-320” təyyarəsi yerli vaxtla 11:55-də Dubay Beynəlxalq Hava Limanına enməli idi. Lakin rəsmi tədbirlə əlaqədar Dubay Beynəlxalq Hava Limanı bağlandığı üçün təyyarə havada 20-30 dəqiqə dövrə vurduqdan sonra Şarja Beynəlxaq Hava Limanına enməli olub.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın