Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / AZAL Bakı-Moskva aviareyslərinin sayını niyə azaldıb?

AZAL Bakı-Moskva aviareyslərinin sayını niyə azaldıb?

Bu gündən etibarən “Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-Moskva marşrutu ilə həyata keçirdiyi uçuşların sayını ikiyə endirib.
AZAL yay mövsümü üçün gündəlik uçuşların sayını 3-dək artırsa da, payız-qış mövsümü ilə əlaqədar bunların sayını yenidən 2-yə salıb. Artıq bu gündən etibarən saat 15:15-də Bakıdan Rusiya paytaxtına gerçəkləşdirilən reys ləğv olunub.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”nın Moskvanın “Domodedovo” Hava Limanına həyata keçirdiyi digər iki reys saat 10:40 və 20:00-da yerinə yetirilir.
AZAL-dan başqa bu marşrutla Rusiyanın “Aeroflot” (2 reys) və “Siberia” (S7, 1 reys) aviaşirkətləri də reys həyata keçirir. Bu reyslər Moskvanın “Domodedovo” və “Şeremetyevo” aeroportlarına yerinə yetirilir.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın