Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / AZAL-a xəbərdarlıq edildi

AZAL-a xəbərdarlıq edildi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yığıncaqda Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt”, həmçinin VI turun baş tutan 3 matçı ilə bağlı qərarlar verilib.

Qəbələdəki matçda meydançaya azarkeşin daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. “Qəbələ” oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klubunu 800 manat ziyana salıb.

VI turun AZAL – “İnter” matçında Peşəkar Futbol Liqasının himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə meydan sahiblərinə xəbərdarlıq edilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcək.  AzVision.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın