Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Azad Rəhimov 300 minə ərəb atı alıb… – İDDİA

Azad Rəhimov 300 minə ərəb atı alıb… – İDDİA

Azərbaycanan Atıcılıq Federasiyasının nəzdində olan Atçılıq Mərkəzindəki atlar və sahibləri haqqında yeni məlumatlar yayılmaqdadır.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, mərkəzdəki ən bahalı atlardan biri Gənclər və İdman naziri Azad Rəhimova məxsusdur.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, nazir atının qiyməti təxminən 250-300 min manat dəyərindədir. Atın əsas çaparı isə olimpiya iştirakşısı Camal Rəhimovdur. Həmin atın ərəb atı olduğu da iddia olunur.
Qeyd edək ki, Camal Rəhimov ölkəmizi iki dəfə Olimpiya Oyunlarında təmsil edib. Ancaq o heç bir nəticə verə bilməyib. London Olimpiadasında isə o ən güclü 45 çapar arasına belə düşə bilməyib.

Məsələ ilə bağlı Azərbaycanan Atıcılıq Federasiyası ilə əlaqə saxlamağa çalışsaq da sualımıza cavab verən tapılmadı.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın