Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Azərkosmos” meşə yanğınlarının görüntülərini Gürcüstana verib

“Azərkosmos” meşə yanğınlarının görüntülərini Gürcüstana verib

“Azərkosmos” Borjomidəki meşə yanğınlarının görüntülərini Gürcüstana təqdim edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, avqustun 20-dən etibarən Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda başlamış meşə yanğınları ilə mübarizədə qonşu ölkəyə yardım göstərilməsilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azərkosmos” ASC-nin idarəçiliyində olan “Azersky” peykindən təbii fəlakət ərazisinin təsvirləri çəkilərək Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinə təqdim olunub.

Hər zaman olduğu kimi qonşu ölkəyə öz yardımını göstərən Azərbaycan dövləti kosmik təsvirləri yüksək ayırdetmə ilə operativ şəkildə qarşı tərəfin istifadəsinə verib.

Bu təsvirlər əsasında yanğının yayıldığı ərazi və dəymiş ziyanın həcmi dəqiq qiymətləndirilib. Hadisənin kosmik monitorinqi hələ də davam etdirilir.

Qeyd edək ki, Yer kürəsinin istənilən nöqtəsi hər gün “Azersky” peyki tərəfindən operativ qaydada və yüksək ayırdetmədə müşahidə olunur/Trend.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın