Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanlılarla ermənilər arasında kütləvi dava – VİDEO

Azərbaycanlılarla ermənilər arasında kütləvi dava – VİDEO

Moskvada “Ölümsüz alay” yürüşü zamanı keçirilmiş aksiyada ermənilərlə azərbaycanlılar arasında insident baş verib.
Buna səbəb ermənilərin meydanda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını dalğalandırması olub.
Belə ki, soydaşlarımızın şifahi xəbərdalığına məhəl qoymayan ermənilər təxribatyönümlü əməllərindən əl çəkməyiblər və soydaşlarımıza qarşı hücum etməyə başlayıblar. Nəticədə iki tərəf arasında dava düşüb. Hadisə yerinə çoxlu sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Azərbaycanlılar tərəfdən xəsarət alanların olduğu bildirilir. (salamnews)

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın